Ozz
23-05-08, 12:50
Tarkanın səhnəyə gəlişində heç bir fərq olmasa da, həm tamaşaçıların say çoxluğu, həm də auditoriyanın daha coşqun olması konsertin gözləniləndən daha möhtəşəm keçməsinə imkan yaradıb. Konsert yenə də nəzərdə tutulan vaxtdan gec başlayıb. İlk olaraq səhnəyə vəd edildiyi kimi, Türkiyədə yaşayan Krım müğənnisi Zarema çıxıb və repertuarında yer alan bir neçə mahnı ifa edib. Tarkan isə tamaşaçıları bir qədər intizarda qoyaraq səhnəyə gec çıxıb. Tamaşaçılara müraciət edərək bu konsertin daha möhtəşəm keçəcəyini vurğulayan Tarkan Bakıya daha tez-tez gələcəyini vurğulayıb: “Bu gün auditoriya daha çoşğulu və enerjilidir. Deməli, bu gün daha çox əylənəcək və oxuyacağıq. Əslinə qalsa, konsertin Bakı tamaşaçıları tərəfindən bu qədər maraqla qarşılanacağını gözləmirdim. Belə düşünürəm ki, bundan sonra Bakıya daha tez-tez gəlib konsert vermək lazımdır”. Azərbaycanlı tamaşaçılarını sevdiyini dəfələrlə qeyd edən Tarkan konsert boyu həm köhnə, həm də yeni mahnılarını ifa edib. Hətta çoxsaylı tamaşaçıların durmadan “Tarkan! Tarkan!” deyə qışqırması sənətçini konsert proqramında dəyişikliyə məcbur edib. Meqa-star ilk konsert günündə ifa etmədiyi bir neçə mahnını ikinci konsertində tamaşaçılarına ərməğan edib. Konsertin gedişində yağış yağmağa başlasa da, bu, Tarkanın çıxışına heç bir maneçilik törətməyib. Tamaşçıların təkidini görən sənətçi “siz getmədinizsə, mən heç getməm, davam edirik” deyərək güclü yağış altında ifasına davam edib: “Bu zamana kimi heç bir konsertimdə yağış yağmayıb. Bu, çox gözəl bir şeydir, yağış altında ifa olunan mahnılar daha təsirli olur”. Tarkan əksər mahnıları azərbaycanlı pərəstişkarları ilə birgə ifa edib. Sənətçi bu dəfə də yaddaqalan rəqslər nümayiş etdirib. Tarkan səhnədə olduğu 2 saat müddətində azərbaycanlı pərəstişkarlar səhnəyə məktublar, kiçik hədiyyələr atıblar. Tarkan isə sadəlik nümayiş etdirərək bütün məktubları və hədiyyələri yerdən yığıb.
Konsertin yaddaqalan anlarından biri də sənətçi Aygün Kazımovanın yağış yağarkən öz çətirini Tarkana verməsi olub. Lakin Tarkan onun təqdim etdiyi çətiri götürmək istəməyib, bu zaman Aygün Kazımova çətiri nümayişkaranə surətdə səhnəyə atıb. Tarkan isə çətirlə oxuya bilməyəcəyini deyərək, onu Aygün Kazımovanın özünə qaytarıb. Bu konsert proqramında da mühafizə xidmətinin əməkdaşları pərəstişkarların Tarkanla görüşmək istəyinə mane olub. Tarkan 20-dən artıq mahnı ifa edəndən sonra səhnəni tərk etsə də, tamaşaçıların təkidi ilə yenidən səhnəyə qayıdıb. O, tamaşaçıların istəyi ilə “Vay, anam, vay” mahnısını bir daha ifa edib.
Qeyd edək ki, konsertin təşkilatçısı “Səs Orqanization”un rəhbəri Nahid Emiloğludur, proqramın informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Kaynak: http://www.apa.az/news.php?id=97417
Azerice yazı çok hoşuma gitti o yüzden orjinalini ekledim.:41:
Kısaca: Birgün öncesine göre daha hareketli geçmiş konser. Tarkan istek üzerine birgün önce okumadığı şarkıları da okumuş. Seyirciler tarkan a küçük hediyeler atmışlar. Konserin devamında yağmur yağmaya başlamış. Seyirciler kalınca tarkan da " siz gitmezseniz ben hiç gitmem" diyerek devam etmiş. Yazıdan özetle bunları anladım. Azerice bilen arkadaşlar çevirirse çok mutlu olurum.:20: