PDA

Orijinalini görmek için tıklayınız : TARKAN: Butun bunlar Azerbaycan halkini bana sevdirib



flores
16-06-11, 18:11
Meqa-star müsahibəsində bir çox maraqlı məqamlara toxunub, Azərbaycan xalqını “Eurovison” müsabiqəsində qələbə münasibətilə təbrik edib.
Uzun müddətdir, Türkiyə mediasına müsahibə verməyən dünya şöhrətli sənətçi, meqa-star Tarkan Tevetoğlu APA-nın müraciətini müsbət cavablandırıb.

- Uzun müddətdir, Azərbaycandakı sevənlərinizi unutmusunuz. Yaxın gələcəkdə Bakı səhnəsində konsert verməyi planlaşdırırsınızmı?

- Bu sözlərimi səmimi olaraq qəbul edin: Azərbaycanı çox sevirəm - insanlarını, mədəniyyətini, musiqiyə dəyər verməyini, qonaqpərvərliyini... Ölkənizdə insanlara hörmətlə yanaşılmasına heyranam. Bütün bunlar Azərbaycan xalqını mənə sevdirib. Çox yaxında gələcəyəm, sevənlərim gözləsin. Bu arada Azərbaycan xalqını “Eurovision” müsabiqəsindəki qələbə münasibətilə candan təbrik edirəm. Çox böyük uğurdur, davamı da gələr, inşallah.

- Zamanı yetişib deyə, bu sualı mütləq verməliyəm. Niyə hər kəs Tarkana hücum edir? Bu yolla nəsə əldə etmək istəyirlər?

- Əslində bununla onlar heç nə də əldə etmirlər, hətta bir qədər də dəyərlərini itirirlər. Çünki mənə hücum etmək məni dinləyənlərə və sevənlərə də hücum etmək deməkdir. Mən onlara cavab vermirəm. Bəlkə də bir az onları sakitləşdirməyim lazımdır. Çünki ilk vaxtlar özümü təkəbbürlü, yuxarıdan aparmışam. Türkiyədə albomum ilk çıxdığı zamanlarda Maykl Cekson kimi mühafizəçilərlə ortaya çıxırdım, daha nələr vardı... Bəlkə də özümü bir az yekəxana aparmışam, həmkarlarımdan bəzilərinə yuxarıdan aşağı baxmış ola bilərəm. Şöhrətin yalan olduğunu sonradan anladım və xoş niyyətli mesajlar verdim onlara. Amma görürsünüz, yenə də alınmır, bəlkə də həqiqətən həzm edə bilmirlər. Mənə qara yaxmaq, daşlamaq, sataşmaq bir az da dəb halını alıb. O dəbə uymayanlar out olur hər halda, nə bilim?.. İnanın, içimdəki uşaq yoruldu bu oyunlardan...

- Sirr deyilsə, Tarkanın içindəki uşaq nə söyləyir, nə istəyir?

- O, möcüzələrə inanır. Çünki özü də möcüzələrdən gəlir.

- Bunu necə anlayaq?

- Anam mənə hamiləykən çox ciddi bir avtomobil qəzası keçirib və iki həftə komada qalıb. O sırada anama bir çox lazımi dərmanlar verilib. Xəstəxanadakı həkimlər müalicə prosesində körpənin, yəni mənim alınmağımı məsləhət biliblər. Anam buna razı olmayıb. Sonra anam və atam bir-biridən xəbərsiz eyni yuxunu görüblər: Ağ saqqallı baba gəlib və “o uşağı aldırmayın, daha sonra möcüzəsini görəcəksiniz” deyib...

- Bu hekayə zarafata oxşayır. Sizinlə bağlı heç yerdə bu cür məlumat eşitməmişik...

- And içirəm ki, söylədiklərimin heç biri zarafat deyil. Bu yuxudan sonra qəti şəkildə məni aldırmamaq qərarı veriblər. Amma anam doğuma qədər çox gərgin, narahat olub, hətta hansısa problemlə - şikəst doğulacağımdan qorxub. Şikəst doğulmaq bir yana, bir də öz-özümə doğulmuşam, vaxtımı belə gözləmədən, bağıra-bağıra. Qısacası, doğumumdan başlayan möcüzə hər zaman mənim həyatımdadır... İngiliscə albom, ardınca qaçdığım röyalarım, mahnılarım hər zaman möcüzə yaratmaq üçündür. Amma çox yorucudur bütün bunlar... Qismətimin, taleyimin ardınca gedirəm sadəcə.

- Amerika mediasına müsahibələrinizdə psixoloq sayəsində daxili dünyanıza yolçuluq etdiyinizdən bəhs etmişdiniz. Necə gedir özünə dönüş yolçuluğu? Hələ də davam edirmi?

- Fikrimcə, hər zaman davam edəcək. Son nəfəsimizə qədər. Əminəm... Sözün doğrusu, çox çətin bir prosesdir. Özünlə bağlı tapdıqlarını öncə rədd edirsən, qəbul edə bilmirsən. Sonra ailəyə, ona-buna qəzəb başlayır, birilərini günahkar hesab edirsən. Sonra da baxırsan ki, kimsənin günahı yoxdur, hər şey olması gərəkdiyi kimi olub. Psixoloqun vəzifəsi sənin əlinə o açarları verməkdir, onsuz da qapını yenə sən açacaqsan. Bir yandan mənəviyyatla, ruhla bağlı kitablar oxuyuram. Ən son “Tanrı ilə Dostluq” deyə bir kitab oxudum və çox təsirləndim. Hər şey çox çətindir. Kənardan görünən şən, oynaq bir Tarkan var. Bəlkə də kameralar qarşısında dinləyicimə sığınıram, dəyişirəm. Amma məncə sevənlərimin digər tərəflərimi də bilmələri lazımdır. Hüzünlərimi, göz yaşlarımı, qorxularımı, özümə güvənsizliklərimi... Özümü adam edə bilmək üçün bir xeyli çalışdım və hələ özümü tanımaq, anlamaq yoluna davam edirəm. İndi daha xoşbəxtəm, amma inanın mənə, psixoloqumu görməmiş olsaydım, bəlkə bir 10 il daha çıxmazdı bu ingiliscə albomum.

- Milyonlarla insan sizi hər zaman gülərkən, rəqs edərkən görür. Çoxmu əsəb gərginlikləri yasayirsiniz?

- Bəzən gerçəkdən çox əsəbi ola bilirəm. Dilim də çox kəskin ola bilir... Bu, əsla kobud bir şəkildə olmur, amma səsimi çox yüksəltdiyim, tarazlığımı itirdiyim, dalğalanıb, əsib-coşub durulduğum vaxtlar olur. Tərəzi burcundənəm. Amma bir qəlbi qırdımsa, çox tezliklə də könlünü almağı bacarıram. Özümü bağışlatdırıb, iti belə ola bilərəm o insanın. Kiminsə qəlbini qırmağa dözə bilmirəm.

- Film üçün ssenari oxuduğunuzu eşitdik.

- Doğrudur, sinopsislər oxuyuram. Çox həvəsliyəm, “Bacara bilərəmmi əcaba?” deyirəm öz-özümə. Çətin işdir. İçinə girə biləcəyim, bütünləşə biləcəyim bir rol olsa, rahat çəkilərəm və sevə-sevə o filmdə oynayaram.

- Tarkan olmağın qarşılığı yalqız yaşamaqdırmı?

- Şöhrət onsuz da böyük bir yalnızlıqdır. Bəli, bu da Tarkan olmağın qarşılığıdır. Bir az da mənim seçimimdir. Bəlkə də bunlara laqeyd qalmalı, əhəmiyyət verməməli, hər gecə bir yerlərə gedib, günümü gün etməliyəm. Amma dünyada bu qədər kədərli, insanı narahat edən hadisələr olarkən hissiyyatsız ola, bayıra çıxıb bütün bunlara əhəmiyyət verməyib əylənə, “mənə nə, ölən ölsün, biriləri aclıqdan məhv olsun” deyə bilmirəm... Onsuz da o qədər də yalnız deyiləm – sevgilim var, ailəm, dostlarım, milyonlarca sevənim var...

- Bütün bu danışdıqlarınızdan sonra özünüzü divarlar arasında həbs etdiyinizi düşünürük. O divarlar arasında xoşbəxtsinizmi?

- Bir ara gecə klublarında çox göz önündə idim. Deyəsən, son illər özümü öz içimə qapatmışam. Əvvəl belə deyildim. Amma bu, təkcə Türkiyəyə aid deyil, ölkədən kənarda olanda da beləyəm, o qədər də bayıra çıxmıram. Keçən günlərdə bir axşam çölə çıxdıq və bir daha elə yerlərə getməməyə söz verdim, and içdim. Mənim üçün dünya çox yalan bir dünyadır. Haraya getsəm insanlar olmadıqları kimi davranırlar. Kimiləri yenə məni incitməyə, üzməyə çalışır. Bir anda özümü saxta bir dünyanın içində görürəm. Sonra qaça-qaça evimə gedirəm, mahnılarıma qayıdıram.

- Tarkanı Tarkan edən şeylər nələrdir?

- Həyata bağlılığım və ona sevgiylə baxışım. Məhəbbət, musiqiyə olan sevgim. İçimdə bir atəş var, qaynayıram, bir yerdə dura bilmirəm və bu atəş səhnədə rəqs olaraq ortaya çıxır. Təhrik etməyi sevirəm, təbiətim belədir. Mahnılarım mənim ən güclü əlaqə vasitəmdir! Bir də çox yaxşı və güclü söz çox önəmlidir mənim üçün...

- Bəstəkar Kamalla iş birliyiniz oldu. Bu əməkdaşlığı davam etdirməyi düşünürsünüzmü?

- “Səndən nigaranam” - “Adım hasret bundan sonra” mahnısı çox gözəl olduğu üçün bəyəndim və oxudum. Sadəcə, sözlərində bir az dəyişiklik etdik. Bəstəkarla hələ görüşməmişik.

Milli.Az

flores
16-06-11, 20:10
arkadaslar musahibe azerbaycan dilinde verilib.umarim anliyorsunuzdur.:))iyi okumalar>:)

secil.06
16-06-11, 20:29
güzel bir yazı olmuş Tarkanı ,Tarkan yapan yine kendisi

xurush'nine
16-06-11, 21:24
Canimmmm cok tesekkkur ederim!:22: Bayildimmm.Gordun mu bak, bizi seviyormus.. :10: :17:
Link vermemissin onu da ben yapayim.:)

http://www.milli.az/news/showbiz/53370.html (http://www.milli.az/news/showbiz/53370.html)

flores
16-06-11, 22:25
onu yaddan cixarmisam.Cox sagol Nazlim:)

flores
16-06-11, 22:28
Tarkanda artiq etiraf edib ki o da yorulub ona olan tezyiqlerden, basqinlardan.Allah sana kolaylik versin Tarkan.baska ne demek gelirki elimizden.Allah yardimcin olsun.Insallah.

xurush'nine
16-06-11, 23:25
Sarkiyi gercekden de okumus..:) Inanamiyorummmmmmmmmmm..((: ismine de bayildim: "Adim hasret bundan sonra..." :10: Ama ne zaman dinleriz(ya da dinler miyiz?), burasi soru isareti altinda, fikir degistire bilir cunki..

fincan
17-06-11, 00:12
güzel olmuş anlamaya çalıştım ( keşke Xurush bize torpil yapsada biraz daha anlayabileceğimiz şekilde sadeleştirse :)) güzel haberlerde var galiba yeni şarkı okumuş; ne zaman dinleriz acaba?birde sanki arada bir yerde sevgilim var demiş:)

MARY JANE
17-06-11, 00:59
o kadar keyifle okudum ki anlatamam. azericeyi o kadar çok seviyorum ki bide bunu tarkan röportajı ile okuyunca çok mutlu oldum.
ama biraz tercümeye ihtiyacım var yada öğrenmeye :DDD azericeyi öğrenmek daha0 mantıklı :DD
paylaşım için teşekkürler... azerice+tarkan=çok sevdim röportajı

flores
17-06-11, 12:19
o kadar keyifle okudum ki anlatamam. azericeyi o kadar çok seviyorum ki bide bunu tarkan röportajı ile okuyunca çok mutlu oldum.
ama biraz tercümeye ihtiyacım var yada öğrenmeye :DDD azericeyi öğrenmek daha0 mantıklı :DD
paylaşım için teşekkürler... azerice+tarkan=çok sevdim röportajı

Tesekkurler.sen neresini anlamadin soyle ben tecume ederim sana.

flores
17-06-11, 12:22
himmmmmmmm.Tarkan TUrkiyede her kese reportaj vermez! Ama bize vermissssssssssss.:) TESEKKURLER Tarkan.:)Tarkana bizimkiler de sormus nicin her kes senin ustune geliyor.:)

MARY JANE
17-06-11, 12:42
Tesekkurler.sen neresini anlamadin soyle ben tecume ederim sana.

iyi niyetin ve teklifin için teşekkür ederim canım. hiç gerek yok. paylaşman yeterliydi :DD

xurush'nine
17-06-11, 17:14
güzel olmuş anlamaya çalıştım ( keşke Xurush bize torpil yapsada biraz daha anlayabileceğimiz şekilde sadeleştirse :)) güzel haberlerde var galiba yeni şarkı okumuş; ne zaman dinleriz acaba?birde sanki arada bir yerde sevgilim var demiş:)

Tabbi canim seve seve ceviririm.Ozetlemek istemiyorum, cunki cok guzel bir raportaj, ve en son olaylara da dokun(dur)mus..Interesan yerlerini merak etdenler okusun isterim, ilk firsatta(yakinda) cevirip koyacagaam soz. :27::23:

fincan
17-06-11, 17:54
Tabbi canim seve seve ceviririm.Ozetlemek istemiyorum, cunki cok guzel bir raportaj, ve en son olaylara da dokun(dur)mus..Interesan yerlerini merak etdenler okusun isterim, ilk firsatta(yakinda) cevirip koyacagaam soz. :27::23:

çok sağol canım bekliyorum merakla.

aylin_23
17-06-11, 18:04
roportajda sevgılım mı var dıyor anlayamadım

asltrkn
17-06-11, 18:08
"o qədər də yalnız deyiləm – sevgilim var, ailəm, dostlarım, milyonlarca sevənim var..."

Nasıl yaaa,ne sevgilisiiii,o nerden çıktıııııı :((

aylin_23
17-06-11, 18:17
bu roportaj yenı mı

flores
17-06-11, 19:01
bu roportaj yenı mı

evet.en yeni. muhabir diyor Tarkandan musahibe almaq teklifimizi pozitif karsiladi. O sitede (apa.az)yeni haberler oluyor.hemde guvenilir bir sitedir.